NÖÇ üzrə mühəndis

İşin təsviri

 

 “CCCC” MMC şirkəti Methanol zavodunun quraşdırma işlərini həyata keçirir. Bu səbəbdən şirkətimizə NÖÇ üzrə mühəndislər dəvət olunurlar.

NÖÇ üzrə  mühəndis

İşin təsviri:

 İş cizgilərinə, işlərin istehsalat layihəsinə, istehsalat tapşırığına və normativ sənədlərinə uyğun, ustaya həvalə olunduğu sahədə tikinti-quraşdırma işləri üzrə tapşırıqların icrasını təmin edir. İcra olunan işlərin texnoloji ardıcıllıqla aparılmasına və onların lazımi kefiyyətinin təmin edilməsinə nəzarət edir. Ehtiyac olduqda bölgü işlərini, texnoloji əməliyyatların gedişində geodeziya nəzarətini və tikinti-quraşdırma işlərinin həcminin ölçülməsini yerinə yetirir. Material, konsruksiya və məmulatların qəbulunu, onların yığılmasını, qeydiyyat və hesabatını təşkil edir. Sahədə tikinti maşınlarının mexanizmlərinin, nəqliyyat vasitələrinin səmərəli istifadə olunmasını, materialların qənaətlə işlədilməsini təmin edir. Sahədə briqadaları, habelə onların tərkibinə daxil olmayan manqa və ayrı-ayrı fəhlələri yerləşdirir, onlara istehsalat tapşırığı verir fəhlələrlə istehsalat təlimatı keçir. İş görmək üçün, onların qiymət və vaxt normalarını göstərməklə, naryad verir, yerinə yetirilmiş işləri qəbul edir, həmin işlərə əmək haqqı naryadı doldurur, iş vaxtının; fəhlələrin hasilat normasının, boşdayanmalarının uçot sənədlərini tərtib edir. İstehsalat tapşırıqlarının və daxil olan tikinti materiallarının, konstruksiyaların, məmulatların gündəlik operativ hesabatını təşkil edir. Əməyin elmi təşkilini tətbiq edir, qüvvədə olan hasilat normalarının fəhlələr tərəfindən mənimsənilməsinə və yerinə yetirilməsinə şərait yaradır. Briqada və fəhlələrin alətlər, cihazlar, kiçik mexanikləşdirmə vasitələri, nəqliyyat, xüsusi geyim, qoruyucu vasitələr ilə təmin olunmasına nəzarət edir. İş yerlərinin atestasiyasını aparan komissiyanın tərkibinə daxil olur, işində iştirak edir. Fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır. Texnoloji ləvazimatların (avadanlıqların) (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq-konduktor və digər quryular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələrinin və işçilərin, qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir. Ağır yüklərin daşınmasında, normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xebərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir. Sahənin təsərrüfat fəaliyyətini təhlil edir, nəzərdə tutulmuş fondların xərclənməsinə nəzarət edir. Əməyin qabaqcıl metod və üsullarının tətbiqinə şərait yaradır. Kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir. 

Bilməlidir: 
 

Ölçmə vasitələrinin yoxlama, təftişi və ekspertizasının təşkili və keçirilmə qaydaların, elektrik sxemlərinin oxunma qaydaları
Məsafə idarəetmə elektrik sxemlərinin avtonom və kompleks sazlanmasın.
Avtomatik idarəetmənin elektrik və pnevmatik sxem və hidravlik sxemlərinin işləmə  prinsiplərini 

 [email protected]