Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 15.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali texniki təhsil;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Autocad, Ofis Proqramları (Excel Word);
  • Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
  • Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil;
  • Kollektivdə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Layihənin sahəyə uyğun olduğuna nəzarət etmək, layihə üzrə smetanın tərtib olunması, podratçılardan təkliflərin alınaraq analizlər edilib aidiyyatı üzrə rəhbərə təqdim etmək;
  • Yanğın xəbərvermə sistemlərinin quraşdırılması, təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.) zamanı podratçıların işlərinin təhvil alınması və smetaya uyğun olaraq bu iş həcmlərinə nəzarət;
  • Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması sahəsində ən az 1 il təcrübə;
  • Mütəmadi olaraq yaşayış binalarında siqnalizasiya sistemlərinə (avtomatik yanğın söndürmə, siqnalizasiya, tüstüsovurma) texniki baxış;
  • Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan yanğına nəzarət əməkdaşlarına yaşayış binaların siqnalizasiya sistemlərinin təhvil-təslim və test mərhələlərində yaxından iştirak etmək və təhvil-təslim aktlarının hazırlanması;
  • Rəhbərliyin tapşırıqlarını və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.                                                                                                                                                                                                                             

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi