Kiçik marketinq mütəxəssisi

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Brend və ona aid olan çox müxtəlif marketinq aktivliklərinin realizasiyasında aktiv iştirak;
  • Rəqəmsal marketinq üzrə təcrübə, müxtəlif dijital platformalarda minimal işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
  • Dizayn, çap və bir çox digər rəqəmsal və ya fiziki materialların sifarişlərinə və keyfiyyətinə nəzarət;
  • Marketinq fəaliyyətinə aid olan müxtəlif iş proseslərində iştirak və gərək olduqda proseslərin effektiv idarə olunması;
  • Paralel olaraq bir neçə tapşırığın yerinə yetirilməsi bacarıqları (Multitasking);
  • Kreativ kontentlərin hazırlanması və ya qlobal kontentlərin lokal bazara adaptasiyası işlərində iştirak;
  • Aid olduğu departament rəhbərliyinin tapşırıqlarının vaxtında və effektiv yerinə yetirilməsi;
  • Aid olduğu departamentin fəaliyyət sahəsinə daxil olan müxtəlif iş proseslərində aktiv iştirak. 

Tələblər:

  • Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
  • Adiyyatı sahəsi üzrə 2-3 il iş təcrübəsi;
  • Sosial media və digər komunikasiya alətlərininə dair nəzəri və praktiki biliklər.
  • Marketinq istiqamətli təlimlər və kurslar keçmiş şəxslərə üstünlük verilir
  • Avtomobil sektorunda təcrübə və ya bu sahəyə maraq üstünlükdür
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və Rus dili bilikləri. 
  • Baza kompyuter bilikləri (əlavə olaraq dizayn proqramlarında işləmək üstünlükdür)
  • Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
  • Özünə əmin və dinamik xarakter;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Kiçik marketinq mütəxəssisi" başlığı ilə göndərə bilərsiniz. 

Email: [email protected]