Qeydiyyatçı

  • Sahil Hotel Baku
  • Elanın qoyulma tarixi: 12.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Cinsi: Qadın,Kişi; 
  • Qeydiyyatçı peşəsi üzrə  ən azı 1-3 il iş təcrübəsi olmalı;
  • Mehmanxana sahəsində çalışmış namizədlərə üstünlük veriləcək.
  • Komandada işləmək bacarığı.
  • İşə qarşı məsuliyyətli olmaq.
  • Dil bilikləri (İngilis dili və Rus dili) 

Öhdəliklər:

  • Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək.
  • Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək.
  • Otaqların açarlarına ciddi nəzarəti təmin etmək.
  • İtən və tapılan əşyalar haqqında xəbər vermək.
  • Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
  • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.  

İş Şərtləri:

  • Əmək haqqı 400 AZN+tips
  • 6 günlük növbə cədvəlinə uyğun  iş həftəsi,həftədə bir gün istirahət.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
  • Nahar yeməyi mehmanxana tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Qeydiyyatçı” mövzusu altında göndərə bilərlər.

Email: [email protected]

Sahil Hotel Baku tərəfindən digər vakansiyalar