Mühasib (Gürcüstan)

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 18.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • 1C proqramında işləməyi bilməli;
  • Analoji sahədə 1-2 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır); 
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
  • Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;
  • Komandada işləmək bacarığı;
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Vəzifə öhdəlikləri:

  • İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək 
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət  
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək  
  • Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək  
  • Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi  
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi  
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək  
  • Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək  
  • Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s  
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Gürcüstan Respublikası
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Gürcüstan)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi