Turizm xidmətləri üzrə səyyar satıcı

  • TES Tour
  • Elanın qoyulma tarixi: 03.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Ekskursiyalar barədə turistlərə ətraflı məlumat vermək
  • Şirkət tanıtım bukletlərini turistlərə paylamaq
  • Turla maraqlanan turistləri satış ofisinə yönləndirmək və ya yerində satış gerçəkləşdirmək.
  • İş yeri: İçərişəhər
  • İş qrafiki və saatları: Part-time və Full-time olmaqla razılaşma əsasında
  • Maaş: 300 AZN + Satışdan 10% Bonus. Bu vəzifəni icra edən əməkdaşlarımız ayda 1000+ manata qədər qazana bilirlər. Namizəd işini nə qədər effektiv görürsə, bir o qədər çox bonus qazanır.

Namizəddə tələblər:

  • Ünsiyyət bacarıqları yüksək, güvən və inandırıcılıq qabiliyyəti olan, zirək, gülərüzlü və prezentabel bəy və xanım əməkdaşlar
  • İngilis və ya rus dillərini minimum danışıq səviyyəsində bilmək
  • Ekskursiyalar barədə tam məlumatlı olmaq (Qaynaq: şirkətin veb saytı)
  • Tələbələr və part-time iş axtaranlar üçün ideal

Özünə güvənən şəxslərin CV-lərini mövzu yerində Səyyar Satıcı qeyd edərək email ünvanımıza göndərməkləri xahiş olunur. Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

 

 

Email: [email protected]