Həkim

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Həkim

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Müalicə-profilaktika və sanitar-profilaktika, kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilk təxirəsalınmaz tibbi yardım göstərilməsi;
• Daha çox rast gəlinən xəstəliklərin tipik hallarının diaqnostikasının aparılması və müalicənin alınması üçün arayışlar tərtib edərək əməkdaşlara təqdim edilməsi;
• Həkiməqədər təcili yardım göstərilməsi, cərrahiyə əməliyyatları və mürəkkəb prosedurlar zamanı həkimə yardım edilməsi;
•  Cari sanitariya nəzarətinin və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi;
• Əməkdaşlar arasında sanitariya maarifinin, o cümlədən, gigiyenik tədris və tərbiyə işininin, sağlam həyat tərzinin təbliği işini aparılması;
• Tibbi avadanlıqların, tibbi dərmanların və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin uçotunun, işlənilməsinin, saxlanılmasının, xəstələrin qəbulu və evə yazılması işlərinin təşkil edilməsi;
• Xəsarət alan əməkdaşlara tibbi məntəqəyə düzgün nəql edilməsinin təşkil edilməsi;

Bədbəxt hadisənin baş vediyi yerə gedilməsi və orada həkiməqədər təcili yardım göstərilməsi;

• Sürücülərin müvafiq dövr üzrə tibbi müayinəsinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
• Əməkdaşların orqanizmlərində hər hansı bir narkotik vasitənin və spirtli içkinin olduğunun müəyyən edilməsi, müvafiq qeydiyyatlar aparırlması və bu barədə birbaşa rəhbərinə məlumat verilməsi;
• İş yerinin daim təmiz və səliqəli olmasına nəzarət edilməsi;
•  İş yerlərinin, yeməkxananın,  ərazinin gigiyenik normalara uyğun olduğuna nəzarət edilməsi;
• Tibbi alət və avadanlıqlarla iş zamanı təhlükəsizlik texnikası qaydalarına, əməyin mühafizəsinə, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• 25-35 yaş
• 3 ildən artıq bu sahədə staj
             

Əmək haqqı 1220 manat (Vergi və digər məcburi ödənişlər daxil olmaq şərtilə)

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Həkim başlığı yazılmalıdır.