İngilis dili müəllimi (Ümumi İngilis dili, IELTS, TOEFL müəllimi)

  • StudyLab
  • Elanın qoyulma tarixi: 31.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Minimum vakansiya tələbləri:

  • Müvafiq sahədə ali təhsil
  • 3 ildən az olmayaraq pedaqoji staj
  • İngilis dilini C2 səviyyəsində bilmək
  • IELT / TOEFL /TKT / CELTA / DELTA kimi sertifikatlardan biri olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
  • Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
  • Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
  • Yerli təhsil laboratoriyasında sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
  • Hər bir tələbənin ehtiyaclarını, davranışlarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
  • Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
  • Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
  • Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmillişdirilməsi üçün maraq göstərir;
  • Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
  • Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
  • Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (imtahanlar, tədbirlər, və s.);

Maraqlananlar elektron poçt ünvanına öz CV-sini mövzu qismində İngilis dili müəllimi vakansiyası qeyd edərək müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]