Chief Accountant

İşin təsviri

Tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, müvafiq sahə magistr dərəcəsinin olması üstünlükdür)
  • İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi (İstehsal, tikinti və ticarət sahəsi üzrə)
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
  • Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq olmalı
  • Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
  • MS Office proqramlarını xüsusilə də Excel proqramından yüksək səviyyədə istifadə bacarığı , 1C(8.3 / 7.7), BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə

Əmək funksiyaları:

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
  • Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılmasıŞirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
  • Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
  • Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
  • İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

 

Həftədə 5 gün

Əmək haqqı 3500-4000 AZN  (net).

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini [email protected]  email adresinə mövzu hissəsində “Chief accountant” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.