Sürücü (texnik)

  • Massi
  • Elanın qoyulma tarixi: 23.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə qısa məlumat:

  • Müştəri xidmətləri üzrə mütəxəssis şirkətimizin Texniki Xidmət Servisi mərkəzinə müraciət edən müştərilərin sorğularının düzgün formada qəbul edilməsi, qeydiyyata alınması və texnikaların təmir proseslərini idarə edir.
  • Tələb olunan namizəd gülərüz və kollektivə tez uyğunlaşan, inkişafa meyilli, disiplinli  qabiliyyətlərinə malik olmalıdır. 
  • İşlərin gedişatı zamanı yaranan problemlərə fərdi şəkildə həll yolu tapmağı bacarmalı, işlərin daha verimli həyata keçirilməsi üçün davamlı olaraq öz təkliflərini irəli sürməlidir.             
  • Sürücülük vəsiqəsi mütləqdir.

İşin təsviri:

  • Avtonəqliyyat vasitələrinə mütəmadi texniki baxışlar keçirmək, müştərilərə təhvil verilməli olan avtomobillərin texniki hazırlığını təmin etmək; 
  • Təmir işləri üçün ehtiyat hissələrlə bağlı daimi araşdırma aparmaq
  • Təmir ilə bağlı hesabatların və planların hazırlanması
  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təşkil etmək; 
  • Texniki servis mərkəzinə müraciət edən müştərilərin suallarının cavablandırılması;
  • Müştəri sorğularına əsasən müvafiq sənədləşmə işlərini yerinə yetirməklə qeydiyyatın aparılması ;
  • Müştərilərə xidmətlər haqqında tam, dolğun məlumatın verilməsi;
  • Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması;
  • Görülən işlərlə bağlı günlük  hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Tələblər:

  • Təhsil: Ali 
  • Yaş həddi: 25-45
  • İş təcrübəsi: 3 il iş təcrübəsi olmalı 
  • Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;

İş şəraiti:

  • İş saatı: 09-30-dan 18-30-dək;
  • İş günü: Həftənin 6 günü;
  • İstirahət günü: Bazar günü;
  • AR ƏM-nə uyğun sənədləşmə;
  • Əmək haqqı : 600 Azn
  • İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur  namizədlər CV-sini “Müştəri xidmətləri üzrə texniki servis mütəxəssisi”  [email protected] başlığı ilə göndərsinlər.