Tibbi nümayəndə

  • Ambiens MMC
  • Elanın qoyulma tarixi: 11.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Tibbi müəssisələrin və apteklərin ziyarət edilməsi 
  • İstehsalçı zavodların preparatlarının tanıdılması
  • Seminar və prezentasiyaların təşkil edilməsi
  • Aptek aksiyalarının həyata keçirilməsi
  • Farmakonəzarət (preparatların əlavə təsirlərinin monitorinqi)
  • Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərinə təqdim edilməsi
  • İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək) 
  • Əmək haqqı fərdi olaraq baxılır,bonus sistemi mövcuddur
  • İşçi şirkət tərəfindən avtomobillə təmin edilir

Namizədə tələblər:

  • Ali təhsil (mütləqdir) 
  • Kardiologiya, endokrinologiya, terapiya sahələri üzrə minimum 2 il tibbi nümayəndə vəzifəsində iş təcrübəsi (mütləqdir)
  • Ezamiyyət məhdudiyyəti olmamalıdır 
  • Xarici görünüşünə və səliqəli geyiminə diqqət etməli 
  • Səlis danışıq qabiliyyəti 
  • Dürüst, səbirli və məsuliyyətli 
  • Ünsiyyət yaratmaq bacarığı 
  • Komandada işləmək bacarığı

Maraqlanan şəxslər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.    

Email: [email protected]