Maliyyət-analitik, Mühasib

  • GENS Elektrik
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
  • Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
  • Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
  • Smetanı hesablamaq;
  • Əmək haqqı ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
  • Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
  • Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • DSMF, Vergi, Statistika hesabatları, həmçinin məşğulluq hesabatlarının hazırlanması;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək;
  • İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
  • Debitor və kreditorlarla hesablaşmalar;
  • Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
  • Xərclərin və gəlirlərin kassa kitabında uçotunu təşkil etmək;
  • İllik xərclərinin smetasının hazırlanması və onların analizi.
  • Ali təhsil : Maliyyə və Mühasibatlıq sahəsində
  • Dil bilikləri: Azərbaycan (yaxşı), Rus (oxu və yazı yaxşı) 
  • Excel tədbiqi üzrə yüksək biliyə malik olmalı
  • Məlumat bazasının təhili
  • Təsərrüfat əməliyyatlarını 1C proqramında təhlil etmə bacarığı
  • Təhlil zamanı problemləri həll etmə bacarığı
  • Məntiqi  düşünmə bacarığı
  • Düzgünlük və dəqiqlik

Namizədə olan tələblər:

  • İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını bilməli;
  • Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
  • Məlumat bazasında mubadilə zamanı yaranmış səhvlərin aşkarlanması və təhlili
  • Programist ücün texniki tapşırıqların hazırlanması və TP-ın tədbiqinə nəzarət

İş şərtləri:

  • İş vaxtı 09:00 - 18:00
  • İş günü Bazar ertəsi – Şənbə
  • Bazar günü istirahət
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Əmək haqqı 1000 – 1200 AZN 
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185

 

Email: [email protected]