Junior System Administrator

  • İT Solutions
  • Elanın qoyulma tarixi: 19.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması
  • Server və iş stansiyalarının proqram təminatının inteqrasiyasını təmin etmək
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək
  • Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi

Tələblər:

  • Microsoft Client OS, Linux ilə işləmə bacarığı üstünlük hesab olunur
  • Müvafiq texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq
  • MS Active Directory, Windows 2008/2012/2016 üzrə biliklər
  • Şəbəkə printerlərin quraşdırılması və sazlaması
  • Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks), çox yollu texnologiylar (MPİO), disklər, həcmlər, fayl sistemlərinin birləşdirilmə nöqtələri üzrə bilik
  • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliyə sahib olmaq
  • Azərbaycan dili (Səlis), İngilis dili (texniki səviyyədə) və Rus dili (arzu olunandır) biliyi

İş qrafiki həftədə 6 gün

İş saatı: B.E. – C. 09:00-dan 18:00-dək, Ş. - 10:00-dan 16:00-dək

AR Respublikası əmək məcəlləsinə uyğun sənədləşdirmə

Əmək haqqı: 600-800

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Junior System Administrator” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər