Mühasib

  • Buta Group
  • Elanın qoyulma tarixi: 13.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Minimum 3 il iş təcrübəsi;
  • 1С, Logo Tiger ( bilməsi önəmlidir)  və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
  • Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;

Vəzifə öhdəliyi:

  • E-Qaimə fakturalarının yazılması;
  • Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
  • Bütün rəsmi hesabatların göndərilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək haqqı: Razılaşma

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “mühasib” qeyd etməklə CV-lərini [email protected] göndərə bilərlər.

 

Buta Group tərəfindən digər vakansiyalar