Tibbi Nümayəndə

  • Asfarma
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gündəlik tibbi müəssisələrin və apteklərin ziyarət edilməsi
  • Preparatların tibbi müəssisə və apteklərdə həkim və əczaçılara tanıdılması
  • Həkim və əczaçılarla işgüzar əlaqələrin qurulması
  • Verilmiş marketinq strategiyasının tətbiq edilməsi
  • Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
  • Görülən işlər barədə hesabat verilməsi

Tələblər:

  • Ali təhsil (tibbi və ya əczaçılıq təhsili əlavə üstünlük hesab edilir)
  • İş təcrübəsi (üstünlük hesab edilir)
  • Azərbaycan dilində səlis danışıq bacarığı (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
  • Kompüterdə MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmək və inandırmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və dinamik olmaq

İş haqqında məlumat:

  • İş qrafiki: həftə içi 5 gün 09:00-18:00
  • Əmək haqqı: 500-1000 AZN
  • Gündəlik yol xərci şirkət tərəfindən verilir
  • İş yeri: Bakı, Sumqayıt və s

Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək və işə başlamadan öncə preparatlara dair müvafiq treninqlər keçiləcəkdir.

Uyğun namizədlər məktubun mövzusunda “Tibbi nümayəndə” göstərməklə öz şəkilli CV-lərini göstərilən [email protected]m  e-mail ünvanına göndərə bilərlər.

Əlaqədar şəxs : Könül İsmayılova

Əlaqə nömrəsi: (+99412) 440 12 43, 563 50 17/15