Accountant assistant

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mədaxil və məxaric əməliyyatlarının müvafiq təsdiqləyici sənədlər əsasında icra edilməsi;
  • 1C tətbiqində mədaxil, anbar yerdəyişmələri və cari silinmələrin müvafiq tələblər əsasında formalaşdırılması və bu sənədlərin arxivləşdirilməsi;
  • Anbarda minimal saxlanc miqdarları müəyyən edilən (təsdiqlənmiş əmr əsasında) materialların azalması halında məlumat vermək;
  • Anbar əməliyyatları ilə bağlı tələb olunan bütün hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • İnventarizasiyanın aparılması;
  • İstehsalat sahəsi üzrə tələblərin yazılması və icrasına nəzarət edilməsi;
  • İstehsalat prosesi ilə bağlı tələb olunan bütün məlumatların 1C tətbiqinə daxil edilməsi

Məsuliyyətlər:

  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək.
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək.
  • İcra etdiyi işlərin qanunvericiliyə uyğun olmasına görə məsuliyyət daşımaq.
  • İstifadəsində olan əmlak və digər mal-material qiymətlərinə, ciddi uçot blanklarına görə tam maddi məsuliyyət daşımaq.

Ümumi Tələblər:

  • Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • MS Office (Word, Excel), Outlook proqramlarını yüksək səviyyədə bilmək;  
  • 1C proqram təminatından istifadə etmək bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək,  analitik qabiliyyətə, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • İş yerinə yaxın ərazidə yaşaması arzuolunandır

Əmək haqqı: 600-700 AZN

İş yeri: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi
İş vaxtı: İstehsalat zərurətinə görə 5 və ya 6 günlük (həftədə 40 saatdan artıq olmamaq şərtilə)

Əlavə qeyd: Əlavə təhsili və ya bilikləri olan şəxslərə üstünlük veriləcək.  

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.

CMS Properties MMC tərəfindən digər vakansiyalar