Aparıcı Mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 09.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2-3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

Tələblər:

  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi mövzu hissədə vəzifə adını - “Aparıcı Mühasib” yazıb [email protected] email ünvanına göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.11.2021

İşəgötürənin reytinqi