Tikiş texnoloqu

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikiş məhsullarının əməliyyatlar üzrə marşrutunu və proseslərin yerinə yetirilməsi ardıcıllığını təyin etmək,
  • Hər bir əməliyyatın icrası üçün zəruri olan ləvazimatları və vaxt normalarını müəyyən etmək və buna riayət olunmasına nəzarət etmək,
  • Parçaların növləri, tərkibləri və tətbiq sahələrini araşdırıb istehsala tətbiq etmək,
  • Material sərfinin azalması və az əmək sərf etməklə əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş tədbirlər planı hazırlamaq və həyata keçirmək,
  • Tikiş istehsalının texnoloji proseslərində yeni üsullar tətbiq etmək, müəssisənin texniki inkişaf perspektivlərini genişləndirmək,
  • Tikiş əməliyyatlarının düzgün icra olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət etmək, təsdiq olunmuş nümunə və standartdan kənara çıxmanın qarşısını almaq,
  • Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini araşdırmaq, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək,
  • Texnoloji normativləri, təlimatları, marşrut xəritələrini, hazır məhsullar üçün texniki tələbləri və  texniki pasportu və digər texnoloji sənədləri hazırlamaq, zərurət olduqda texniki sənədlərdə dəyişikliklər etmək. 

Tələblər:

  • texniki sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsinə aid rəhbər materialları,
  • tikiş məhsullarının istehsal texnologiyasını,
  • tikiş sahəsi üzrə əsas texnoloji avadanlıqları və onun işləmə prinsiplərini,
  • hazır məhsula və xammala qoyulan texniki tələbləri, onların sərfiyyat normativlərini,
  • geyimlər üzrə müəyyən olunmuş standartları və texniki şərtləri,
  • zay məhsulun növləri və onların qarşısını almaq üçün xəbərdarlıq üsullarını,
  • analoji məhsulların istehsalında müəssisələrin qabaqcıl təcrübələrini bilmək.
  • sahə üzrə minimum 5 il iş təcrübəsi
  • MS Office proqramlarından istifadə etmək bacarığı.

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
  • Əmək haqqı: 1000-2000 azn
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Tikiş texnoloqu” yazmaqla göndərmələri xahiş olunur.