Qeydiyyatçı

İşin təsviri

Öhdəliklər:

- İnzibati işlərin icrası.
- Telefon zənglərinin qəbul edilməsi və zəng edənlərin lazımi şəxslə calaşdırılması, faksların, mesajların qəbul edilməsi və ötürülməsi və s.
- Şirkətin gündəlik fəaliyyəti haqqında məlumata malik olmaq.
- Mövcud standartlar və rəhbərliyin təlimatları çərçivəsində əməkdaşlara hər zaman səmərəli və dostcasına xidmət göstərmək.
- Standartları bilmək, öz gündəlik fəaliyyətində standartları rəhbər tutmaq və beləcə Şirkətin fəaliyyət hədəflərinə çatmağa çalışmaq.
- Qəbul şöbəsinin səliqəli və təmiz saxlanmasını təmin etmək.
- Bütün əlaqədar məlumatları, o cümlədən görülən işin həcmi, xüsusi statuslu qonaqlar, yerinə yetirilməli olan işlər və tədbirlər barədə məlumatlar vermək.
- Mövcud standartlar çərçivəsində qonaqları qarşılamaq və qeyd etmək (qeydləri tamamlamaq və kompüterə daxil etmək,).
- Qonaqların gəlişinə hazırlaşmaq, yerləşdirmək və qeydiyyata almaq.

Tələblər:

• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli
• Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Ofis programlarında işləmə bacarığı;
• Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
• Vəzifələrin icrası üçün çalışqan olmaq;
• Komanda daxilində işləmək bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində "Qeydiyyatçı" qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərilməlidir.

YARAT Contemporary Art Center tərəfindən digər vakansiyalar