Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi və ya biznes üzrə təhsil
- Bu sahədə ən azı 3 il iş ştajı
- Xarici dil bilikləri
- MS Office proqramlarının bilikləri
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• bankın müsbət imicinin formalaşması və onun daim yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir;
• reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələrini hazırlayır;
• bankın fəaliyyət göstərdiyi makro və mikro mühiti daim təhlil edir və hesabatlar hazırlayır;
• strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarını hazırlayır;
• strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir;
• beynəlxalq əlaqələr qurur və idarə edir;
• davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir, onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;
• bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir;
• departamentin işini planlaşdırır və təşkil edir.
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.