Mühasib

  • Landau School
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

▪ Təchizat ilə bağlı əməliyyatların, bank əməliyyatlarının, satış əməliyyatlarının 1C proqram təminatına qeyd edilməsi.
▪ Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında müxtəlif növ hesabatların hazırlanması.
▪ Bank ödənişlərinin online banking vasitəsi ilə həyata keçirilməsi.
▪ Müxlətif növ mühasibatlıq sənədlərinin hazırlanması,yoxlanması və sənədlərin arxivləşdirilməsi.

Bacarıqlar:

▪ e-taxes.gov.az, gov.az elektron sistemlərindən və elektron sistemlərdə mövcud olan xidmətlərdən istifadə bacarığı.
▪ Müqavilə, protokol , üzləşmə aktı , təhvil təslim aktı və sair bu kimi sənədlərlə işləmək bacarığı.
▪ Online banking vasitəsilə ölkə daxili və ölkə xarici ödənişlərin, ƏDV depozit hesabı vasitəsilə ƏDV ödənişlərinin həyata keçirilmə bacarığı.
▪ Vergi və əmək məcəlləsi üzrə ilkin biliklərə sahib olmaq.

Tələblər:

▪ Ali təhsil
▪ 1C 8.3 Mühasibatlıq üzrə iş təcrübəsi.
▪ BTP (Bəyannamə tərtibatı proqramı) vasitəsilə ilkin formada bəyannamələrin hazırlanması üzrə biliklər.
▪ Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı
▪ Azərbaycan və Rus dili biliyi.

İş şəraiti:

▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00
▪ Maaş: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Mühasib” başlığı ilə [email protected] ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi