İİS operator (Göyçay filialı)

İşin təsviri

Göyçay filialı İİS operator

Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” MMC Göyçay  filialına İdarəetmə İnformasiya Sistemləri üzrə Operator (İİS Operatoru) vəzifəsinə müsabiqə elan edir:

“İnkişaf üçün Maliyyə” MMC mikrokreditlərin verilməsi ilə məşğul olan bank olmayan kredit təşkilatıdır.

İİS Operatoru üçün əsas öhdəliklər:
1. Filial daxili sistemin gündəlik işinin təmin olunması;
2. Müştəri məlumatlarının İİS proqramına daxil edilməsi;
3. İİS məlumatlarından istifadə edərək müştəri, kredit və digər hesabatların hazırlanması;
4. Filialda İİS-dən istifadə zamanı yaranan problemlərin aradan qaldırılması
5. Kreditlərlə bağlı əməliyyatların dəstəklənməsi  və hazırda İİS tərəfindən dəstəklənməyən işlərin də avtomatlaşdırılması  üçün təkliflərin hazırlanması
İIS  üzrə Opearatoru vəzifəsinə müraciət edən namizədlər aşağıdakı bilik və təcrübələrə malik olmalıdırlar:
6. Ali təhsil
7. Yaxşı kompüter bilikləri
8. Komandada işləmək qabiliyyəti;
9. Hardware, software ilə bağlı problemlərin həll edilməsi;
Əmək haqqı: 300 AZN

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks:  (994 12) 492 77 63 (daxili 11)
E-poçt: [email protected]

1. Ərizələrin (CV və ya Resume) qəbulu 10 Oktyabr 2012-ci il tarixinədək davam edəcəkdir.
2. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "Goycay_İİS Operator" yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
3. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.