Vəzifə və Öhdəlikləri:
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
• Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
• Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
• Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
• Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
• Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
Tələblər:
• Ali təhsil;
• ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
• İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
• Excel-də mükəmməl işləmə bacarığı;
• ACCA F2,F3 arzu olunandır;
• Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır).
Xüsusi bacarıqlar:
• Komandada işləmək bacarığı
• Ünsiyyət qurmaq qabiliyyəti
• Düzgün analiz edə bilmə bacarığı
• Analitik və tənqidi düşünmə bacarığı
• Detallara diqqət yetirə bilmək
İş şəraiti:
• İş qrafiki: 5 günlük
• İş saatı: 09:00 – 18:00
• Tibbi sığorta
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə vəzifənin adını yazıb [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.