Biznesin İnkişafı üzrə Menecer

  • OKmedia
  • Elanın qoyulma tarixi: 19.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

- Veb sayt xidmətinin satışının artırılması üçün biznes strategiyasının işlənib hazırlanması
- Şirkətin satış komandası ilə koordinasiyalı işin qurulması
- Rəqiblərin analizi və daimi bazar araşdırmasının aparılması
- Daxili məhsulların inkişaf etdirilməsi və satış kanallarının aşkarlanması
- Tədbirlərdə çıxış edərək şirkəti təmsil etmək

İş şəraiti:

- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- Koroğlu m. yaxınlığında əla şəraitli ofis
- Korporativ nömrə, telefon, macbookla təmin olunma
- İş vaxtı: həftədə 6 gün, 10:00-dan 18:00-dək (müvəqqəti olaraq həftədə 5 gün)
- Mehriban və gənc kollektiv
- Aylıq 800 azn fiks maaş + bonus

Namizədə tələblər:

- Marketinq və ya biznes idarəetmə sahəsində minimum 2 illik iş təcrübəsi
- Kreativ düşüncə
- Yüksək IQ və məntiq
- Səlis və axıcı nitq
- Stressə dözümlülük tələb olunmur, çünki şirkətimizdə buna ehtiyac yoxdur

Müraciət üçün:

Fotoşəkilli CV faylını [email protected] ünvanına "Biznesin İnkişafı üzrə Menecer" mövzusu ilə göndərmək tələb olunur.

Məktub hissəsində şirkətə hansı qatqılarınızın ola biləcəyi, hansı işləri görə biləcəyiniz haqda qısa məlumat böyük üstünlük kimi nəzərə alınacaq.