Növbə rəisi (İstehsalat)

  • Elanın qoyulma tarixi: 15.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. İstehsalat tapşırıqlarının ( iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək
2. Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək
3. İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırmaq
4. Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapmaq və təşkil etmək
5. İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsul və metodların yayılması işində iştirak etmək
6. İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun ( iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil etmək, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak etmək
7. Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparmaq
8. Əməkdaşlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək
9. İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında rəhbərinə təkliflər təqdim etmək
10. Tabeliyində olan əməkdaşları idarə etmək, korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
11. İstehsalat sahələrində işçilərin işlədiklərini sahəni təmiz saxlamaqları ilə bağlı müvafiq göstərişlər vermək və istehsalat sahələrinin təmizliyini təmin etmək

Tələblər:

- Təhsil : Ali (Texniki təhsil olması üstünlükdür)
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər (İstehsalat sahəsi üzrə təcrübə olması üstünlükdür)
- Yaş : 25 - 40
- Cins : Kişi

İş şəraiti:

- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: Növbəli

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Növbə rəisi" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.