Daxili kommunikasiyalar üzrə mütəxəssis

  • Embawood
  • Elanın qoyulma tarixi: 26.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.


İş yeri  : Bakı, Azərbaycan
Vəzifə adı:   Daxili kommunikasiyalar üzrə mütəxəssis (İR Xidməti Strukturunda)
Iş qrafiki :
 5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :
 • Şirkətin qəbul edilmiş korporativ dəyərlərinin daxili auditoriyaya təbliğ edilməsi
• Şirkət daxilində strukturlararası kommunikasiyalarin idarə edilməsi
• Müxtəlif sosial tədbirlərin, yarışların təşkili
• Əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial üzvlüklərin təşkili
• Daxili korporativ intranet portalın idarə edilməsi
• Məqalə və yeniliklərin rus və azərbaycan dillərində redaktə edilərək intranet səhifəsində yerləşdirilməsi

Tələblər  :


• Ali təhsil;
• İctimaiyyətlə əlaqələr, daxili kommunikasiyaların idarə edilməsi və bənzər sahələrdə 2 il iş təcrübəsi;
• Azərbaycan, Rus dillərini əla səviyyədə bilmək;
•  "MS Excel, Word və PowerPoint proqramlarında professional işləmə vərdişləri;
• Photoshop və bənzər qrafik proqramlarında işləyə bilmək;
• Yüksək araşdırma qabiliyyətləri;
• Yüksək ünsiyyət qabiliyyətləri;
• Auditoriya qarşısında təqdimat edə bilmə qabiliyyətləri.
Yaş həddi:              23-30 yaş


Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Daxili kommunikasiyalar üzrə mütəxəssis “ qeyd edib bu ünvana göndərəsiniz:  [email protected]

 

İşəgötürənin reytinqi