Müəllim

İşin təsviri

Yüksək texniki peşə təhsili proqramlar üzrə seçiləcək müəllimlərin vəzifələri

• Yüksək texniki peşə təhsili proqramları üzrə keyfiyyətli tədrisin aparılması;
• İxtisasların tədris planlarının (syllabus) hazırlanması;
• Nəzəri və praktiki dərslərin tətbiqi təlim metodları ilə tədrisi;
• Emalatxana və laboratoriyada olan avadanlıq və təchizatdan istifadə etməklə praktiki dərslərin tədrisi;
• Tədris müddətində Əmək təhlükəsizliyi qaydalarının tətbiqi üzrə təlimatlandırma aparmaq və nəzarət etmək;
• Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
• İxtisas və tədrisin aparılması metodikası üzrə təkmilləşdirici təlim və kurslarda iştirak;
• Peşə təhsili müəssisələrinin daxili intizam, sənədləşmə qaydalarına riayət edilməsi;
• Peşə təhsil müəssisəsinin işçi heyəti və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi;

Namizədlərə qoyulan tələblər:

• Əlaqədar ixtisas üzrə ali təhsil və ya müvafiq ixtisas üzrə rəsmi 5 il iş təcrübəsi;
• Müvafiq ixtisas üzrə yüksək nəzəri bilik və praktiki bacarıqlara malik olması;
• Pedaqoji təcrübənin olması və ya istehsalatda təlimçi / mentorluq təcrübəsi;
• Emalatxana və laboratoriyada olan avadanlıq və təchizatla işləmək bacarığı;
• İKT istifadə bacarığı və tədrisdə hərtərəfli istifadə edə bilməsi;
• İnteraktiv və innovativ tədris metodlarından istifadə bacarığı;
• Müasir pedaqoji / metodiki yanaşmalardan məlumatlı olması;
• Tədqiqat, təqdim etmə və yüksək kommunikasiya bacarığına malik olması;
• Dinamik, təşəbbüskar və pozitiv olması;
• Tədrisi “online” və “offline” formada aparmaq bacarığı.

Vakansiya haqqında ümumi məlumat:

Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub. İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi. 05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin " Müraciət_forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində (vet.edu.gov.az) vakant yerlərin siyahısı verilmişdir.

Son müraciət tarixi: 5 sentyabr (saat: 23:59)
Qeydiyyat linki: https://cutt.ly/lWpiJEW