Android Developer

  • Unibank
  • Elanın qoyulma tarixi: 18.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

• Yeni sistemlərin yaradılması;
• Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi;
• Biznesin sifarişinə uyğun olaraq mövcud mobil əlavələri yeni qoyulan tələblərə uyğunlaşdırmaq;
• Mövcud sistemlərin işinin davamlı olması üçün, yaranan problemlərin həll edilməsi.

Tələblər:

• Android (Kotlin) platforması istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 3 il iş təcrübəsi (Gradle və Android Studio bilikləri);
• Təmiz kod (Clean code) təcrübəsi;
• Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə biliklər;
• MVP, Clean və digər müasir strukturları anlama bacarığı;
• Android application architecture, Android Memory Management bilikləri;
• HTTP/TCP/UDP, Multithreading & Concurrency;
• RxJava və ya RxKotlin;
• Dagger 2, Koin və ya Hilt bilikləri;
• Git ilə işləmə bacarığı;
• Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso) ;
• Komandada işləmə təcrübəsi;
• Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması.

Qeyd: Peşəkar təcrübənin və tələblərə uyğunluğun qiymətləndirilməsi üçün hazırlanmış əlavə və ya layihələrə linklər qeyd edilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına CV göndərərək mövzu hissəsində “Android Developer” qeyd etməklə vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi