Mağaza Adminstratoru

  • Super Toys
  • Elanın qoyulma tarixi: 19.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
• İşçilər haqqında obyektiv rəy vermək;
• Mağazaya təyin edilən hədəfə çatmaq;
• Mağaza əməkdaşlarına satış təlimlərinin keçirmək;
• Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
• Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
• Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
• Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
• Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;

Namizədə Tələblər:

• Dil bilikləri: Rus dili-əla;
• Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
• İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
• Analitik düşüncə qabiliyyəti;
• Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 3 il iş təcrübəsi mütləqdir;
• Satış texnikası, idarəçilik qabiliyyəti;
• 35-50 yaş arası xanımlar;

Şirkət təklif edir:

- İş rejimi : Həftədə 6 gün (növbəli)
- Əmək haqqı : 600 AZN + əlavə bonus
- Rəsmi qeydiyyat

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza administratoru ” vakansiya adını göstərməklə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.