Brend menecer

  • Libraff
  • Elanın qoyulma tarixi: 22.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

- Filiallarda çalışan satış heyətini idarə etmək;
- Satışları təhlil etmək və mağaza tələblərini araşdırmaq;
- Aylıq satış planlarını mağazalar tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək.

 

İş haqqında məlumat:

- İş yeri: qismən baş ofis (Pullman otel) və əsasən, mağazalarda;
- İş qrafiki: dəyişkən, əmək qanunvericiliyinə uyğun olaraq həftəlik 40 saat;
- Əmək qanunvericiliyinə uyğun olaraq rəsmi sənədləşdirmə işləri aparılır;
- Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur, sınaq müddətindən sonra əlavə olaraq satışdan bonuslar verilir;
- Nahar şirkət tərəfindən təmin olunur.

 

Tələb olunan bilik və təcrübə:

- Mağaza idarəçiliyi sahəsində azı 3 illik iş təcrübəsi;
- Ali təhsil;
- Səlis Azərbaycan dili, orta səviyyədə rus və ingilis dili biliyi;
- Microsoft Office, xüsusilə Excel proqramı biliyi;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
- Kitab və müəlliflər haqqında ümumi biliyin olması üstünlükdür.

Müraciət üçün email: [email protected]

İşəgötürənin reytinqi