Alman dili müəllimi

  • StudyLab
  • Elanın qoyulma tarixi: 22.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Tədris proqramının və qruplar üzrə dərslərin planlaşdırılması
• Bölmələr üzrə formativ qiymətləndirmə və ümumi sınaq imtahanları təşkil edərək tələbələrin öyrənmə və inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
• Tələbələrin inkişafının qarşısını alan problemlərin araşdırılması və zəruri tədbirlərin görülməsi. Ehtiyac olduğu halda administrativ heyətə bu barədə məlumat verilməsi
• Tələbələrin daha yüksək nəticə göstərməsi üçün ehtiyaclara uyğun olaraq dərslərdə müasir texnologiya, interaktiv metodologiyaların tətbiqi

Namizədə tələblər

• Müvafiq sahə üzrə ali təhsil
• Alman dilinin tədrisi sahəsində 3 illik təcrübə
• 2 ədəd referans göstəriləcək şəxs
• Yüksək səviyyədə Alman dili bacarıqları
• Alman dili üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

Tələb olunan bilik və bacarıqlar

• Yüksək pedaqoji bacarıqlar
• Müxtəlif yaş qrupları ilə işləmək bacarığı
• Həm üzbəüz, həm də onlayn qaydada dərsləri aparmaq
• Komandada işləmək bacarığı
• Gülərüz və pozitiv olmaq
• İşə ciddi və məsuliyyətli yanaşmaq

Şərtlər

• Rahat yerdə yerləşən rahat ofis.
• İş qrafiki fərdi qaydada müəyyən edilir.
• İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
• İş şərtləri fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “ALMAN DİLİ MÜƏLLİMİ” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 22 iyul 2021