Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Fasad-F MMC
  • Elanın qoyulma tarixi: 15.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş bacarıqları:

• Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
• Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
• Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi;
• Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
• Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
• Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
• Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzuolunandır.
- Təhsili: ali
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
- Komandada işləmək bacarığına sahib olmalı;

- Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

- İSO 9001:2015 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

- 5 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Tələblərə cavab verən namizədlər CV-ləri mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” göstərməklə [email protected] mailinə göndərə bilər.

Fasad-F MMC tərəfindən digər vakansiyalar