Nəzarətçi - barista (supervayzer)

  • Company
  • Elanın qoyulma tarixi: 20.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İş yerində baristalara rəhbərlik etməklə müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək;
• Personalı və gündəlik iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
• Personala və yeni işçilərə təlimlər keçmək;
• İşçilərin iş qrafiklərini qurmaq və tənzimləmək;
• Müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsi istiqamətində tədbirlər görmək və təklif planı hazırlamaq;
• Brendin tanınması istiqamətində tədbirlər görmək, menyüda dəyişiklər edib yeni çeşidlər təqdim etmək.

Tələblər

• Kafe və kafe şəbəkəsində azı 2-3 il iş təcrübəsi mütləqdir
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
• Qəhvə növləri və hazırlaması üsulları barədə biliklər və təcrübə
• Müştərilərlə işləmək bacarığı
• Sanitariya qaydaları üzrə biliyin olması
• Kassada işləmək bacarığı
• Müvafiq diplom və yaxud müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür

Biz nə vəd edirik?

- Növbəli həftəlik 40 saatlıq iş qrafiki
- Vaxtında ödənilən əmək haqqı
- Mağaza məhsullarına endirim
- Gənc mehriban komanda
- Sınaq müddətindən sonra və hədəflərə çatdıqda əmək haqqıda dəyişiklik
- Özünü doğruldan namizədin menecer vəzifəsinə keçirilməsi və kafe şəbəkəsinin idarə edilməsi

İlkin əmək haqqı – 600-700 AZN

Maraqlanan namizədlər müraciətləri mövzu yerində vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.