Müəllim

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müxtəlif yaş qruplarına müvafiq sahə üzrə tədrisi təşkil etmək;
• Tədris planlarının və proqramlarının tərtibində iştirak;
• Tədris materiallarını, gündəlik dərsləri planlaşdırmaq, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin bu proqramları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin etmək;
• Tədris prosesinin daimi olaraq təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin nəzarətdə saxlanılması və yüksəldilməsini təmin edilməsi üçün təklif və ideyaların irəli sürülməsi;
• Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil etmək;
• Hər bölmənin sonunda qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirmək;
• Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlər görmək;
• Öz fəaliyyəti ilə Mərkəzin işlərinə daim töhfələr vermək, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması;
• Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim etmək;
• Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim etmək;
• Dərsdənkənar fəaliyyət və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirmək (imtahanlar, tədbirlər, və s.).

Namizədə qarşı tələblər:

• Yaş: 18-35;
• Dil bilikləri: Azərbaycan və Rus bölmələri üzrə peşəkar yazılı və şifahi ünsiyyət bacarıqları, İngilis dili (yaxşı);
• Tədrisdə mükəmməlliyə can atmalı;
• Mərkəzin xidmət keyfiyyətinin artırılması üçün yeni hədəf və məqsədləri müəyyən etmək bacarığı;
• Kompüter və müasir ofis avadanlıqlarından sərbəst istifadə bacarığı;
• MC Office proqramlarından istifadə bacarığı;
• Analitik təhlil, araşdırma qabiliyyəti, operativlik, aktivlik;
• Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı;
• Öyrənmək və inkişaf etmək istəyi olmalıdır;
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır

Biz Təklif Edirik:

• Mehriban kollektiv və rahat iş şəraiti;
• Sərbəst iş qrafiki;
• Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığından asılı olaraq, qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV formalarını (başlıq hissəsinə tədris aparmaq istədiyi sahəni və ya mövzunu qeyd etməklə) [email protected] elektron ünvanına göndərə bilərlər. Başlıq qeyd olunmayan müraciətlərə baxılmayacaq.