Katibə/ ümumi işlər üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 25.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

• Şirkətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq sədr müavininə təqdim etmək;
• Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
• Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Şirkətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra sədr müavininə təqdim etmək;
• Rəhbərliyin şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
• Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələblər

• Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır.
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik;
• Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.
• Ali təhsil;
• Uyğun sahədə minimum 1 il iş təcrübəsi.
• Qadın namizəd.

Əmək haqqı: 800 manat (Vergi və digər ödənişlər daxil olmaqla)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Katibə/ ümumi işlər üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.