İş yeri:Bakı
Öhdəliklər:
• Kassa əməliyyatlarını müvafiq qayda və tələblərə uyğun aparmaq;
• Kassadan keçən bütün sənəd, nağd vəsait və qiymətliləri izləmək və nəzarətdə saxlamaq;
• Gündəlik xəzinə sayımı etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;
• Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə hesabatları hazırlamaq;
• Əməliyyat gününün sonunda bütün sənədləri hazırlayıb təhvil vermək;
• Təşkilatdaxili qaydalara uyğun olaraq xəzinə limitinə nəzarət etmək;
• Xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı məlumat bazasına daxil etmək.
Tələblər:
• Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat);
• Dil bilikləri:Azərbaycan dilini səlis bilməlidir;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır,1C biliyi üstünlükdür;
• Analitik düşüncə və hesablama qabiliyyətinə sahib olmalıdır.
Təminatlar:
• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Xəzinədar” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 10.04.2021