Maliyyə monitorinq şöbəsinin rəisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 03.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bank əməliyyatlarının «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirilməsinə nəzarət emək;
• Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə yaradan əməliyyatların eyniləşdirilməsi və verifikasiya proseduruna nəzarət etmək;
• Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Monitorinqi Xidmətnin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularının cavablandırılmasını təmin edir və «Qara siyahıda olan dövlətlər»-lə əməliyyatları yoxlayır şübhəli olan əməliyyatların icrasını dayandırır;
• PY/TMM sahəsində fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsini təşkil etmək;
• Çirkli pulların yuyulmasına qarşı tədbirlərlə bağlı yerli və xarici banklarla əməkdaşlıq etmək;
• Beynəlxalq məlumat-axtarış sistemlərindən istifadə etməklə xarici dövlətlərin firma və təşkilatları, embarqo və sanksiyalar tətbiq olunmuş hüquqi və fiziki şəxslər, həmçinin xarici siyasi xadimlərin pul vəsaitləri və digər əmlaklarla əməliyyatlarını yoxlamaq;
• “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun hesablaşma-kassa əməliyyatlarının aparılmasına nəzarət etmək.

Namizədə olan tələblər:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
• Sahə üzrə azı 3 il iş təcrübəsi;
• Maliyyə savadlığı, risk əsasları, Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və təlimatlarını bilmək;
• CAMS kurslarında iştirak və ya sertifikatın olması üstünlükdür;
• Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
• Analitik düşüncə, yüksək kommunikasıya və təqdim etmə bacarığı;
• İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə monitoriq şöbə rəisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi