Xəzinadar

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 13.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Xəzinadar

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin şirkətin müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;

Namizədə dair tələblər:

• Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
• Ən azı 2-3 illik xəzinədar vəzifəsi üzrə təcrübə;
• Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir verməyə yüksək məsuliyyət qabiliyyəti.

İş şərtləri:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 600 azn
- Korporativ nömrə

Maraqlanan və tələblərə cavab verən namizədlər mövzu yerində “Xəzinadar” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.