Kimya Mühəndisi

İşin təsviri

Novochem-Azerbaijan MMC Kimya Mühəndisi vakansiyanı elan edir.

Əsas vəzifələri:

• Müştərilərlə görüşlər, təqdimatlar və danışıqlar zamanı texniki dəstəyi təmin etmək, yeni həll yolları təklif etmək;
• Müştərilərin ehtiyaclarını anlamaq və düzgün təyin müəyyənləşdirmək, müştərilərlə effektiv əlaqələri qurmaq və qorumaq;
• Müştərilərin tələblərinə cavab verən keyfiyyət prosedurlarını düzgün şəkildə müəyyənləşdirmək və tətbiq etmək;
• İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;
• İstehsal olunan məhsullar üzrə xammal və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
• Laborator avadanlıqların sazlığına nəzarət etmək, onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;
• Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunun aparılmasını təşkil etmək;
• Müştərilərdən laboratoriya analizlərin aparması üçün lazımı olan nümunələrini toplamaq;
• İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri göstəricilərinə nəzarət etmək;
• Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək;
• Kimya məhsulların istehsal problemlərini araşdırmaq, səbəbləri təhlil etmək və həll yollarını təyin etmək - Proses Hazard Analysis (PHA) və Process Safety Management (PSM)
• Yeni və mövcüd olan istehsal proseslərə texniki dəstəy və yardım göstərmək və yeni təklifləri irəli sürmək

Namizədə tələblər:

• Kimya mühəndisliyi sahəsində ali təhsili
• Kimya mühəndisliyi sahəsində ən azı 2 il iş təcrübəyə malik olmaq
• Müştəri xidmətləri sahəsində təcrübəyə malik olmaq
• Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
• Komanda ilə işləmə bacarığının olması
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

İş şəraiti:

• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küç. 10P (Bakmil və Ulduz stansiyası yaxlınlığında)
• 5 günlük iş həftəsi: Bazar ertəsi – Cümə: 8:30 -17:00.
• Tam sosial təminat (məzuniyyət və s.)
• Nahar şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər mövzu yerində “Kimya Mühəndisi” yazmaqla öz CV-lərin [email protected] ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

Novochem-Azerbaijan MMC tərəfindən digər vakansiyalar