Tikinti üzrə iş icraçısı

  • Konsept Holding
  • Elanın qoyulma tarixi: 12.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tikinti üzrə iş icraçısı

Şirkət: “KONSEPT HOLDİNG” MMC

Əmək haqqı: 1000 AZN-dən

Tələblər

- Ali təhsil (Sənaye və mülki tikinti)
- Tikinti layihələrində ən az 3 illik təcrübə
- Microsoft Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Dil bilikləri: Azərbaycan və rus dilində danışa bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli

Vəzifələr

- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
- Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir

İş şəraiti

- İş qrafiki: 6 gün, 2 növbəli
Əlaqələndirici şəxs : Ayişa Quliyeva
Elektron ünvan: [email protected]

Konsept Holding tərəfindən digər vakansiyalar