Mühasib

İşin təsviri


Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün “Mühasib” vakansiyası elan edir:

Tələblər:

 -Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il
- Ali təhsil
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Microsoft Office və 1C proqramlarında sərbəst işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilməli
- Elektron qaimələr, bank köçürmələri və.s biliklər
- Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır

Öhdəliklər

- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun qismən aparılması
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Xidməti Müqavilə (VOEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili

İş Şərtləri

• Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
• 5 günlük iş həftəsi (saat 10:00-19:00)
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi