Satış üzrə Menecer ( Zaqatala )

  • AzRose MMC
  • Elanın qoyulma tarixi: 19.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AzRose” MMC-nin Zaqatala layihəsi 2016-ci il tarixindən cənab prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin iqtisadiyyatına töhvə vermə məqsədi və regionlarımızın inkişafı prinsipi ilə qurulmuş, öz yetişdirdiyi xüsusi növ güllərdən alınan yağların hazırlanması və satışı ilə məşğuldur. Müəssisəmiz, ölkəmiz adından onun münbit şəraiti və hələ keçən əsrdən bu sahədə qazandığı təcrübə əsasında dünya bazarına öz yerli məhsulunu çıxarmağın haqlı qürurunu yaşayır

Satış üzrə Menecer

Vəzifə öhdəlikləri :

- Məhsulların təqdimatı və satışı;
- Yeni müştərilərin tapılması
- Mövcud müştərilər ilə müntəzəm işlərin aparılması;
- Sifarişlərin qəbul olunması;
- Müştəri məmnuniyyətini saxlamaq;
- Satış strategiyasının hazırlanması və icrasına nəzarət
- Bazarın vəziyyətinin analizi
- Şirkətin ümumi bazar strategiyasının hazırlanmasında iştirak
- Satış strategiyasının (İstiqamət üzrə) tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili
- Müştərilərlə münasibətlərin idarə edilməsi
- Efir yağları üzrə professional Xarici şirkətlərlə əməkdaşlıqların qurulması
- Xarici müştərilərlə əlaqəlarin qurulması və efir yağlarının satışının həyata keçirilməsi

Tələblər:

Təhsil - Ali
Satış sahəsində İş təcrübəsi 5 ildən – 10 ilədək
Azərbaycan, Rus və İngilis dilində səlis nitq qabiliyyəti ;
Yüksək Satış bacarığı ;
Müştərilərlə ünsiyyət bacarığı
Office proqramlarından istifadə etmə biliyi

Satış barədə hesabatçılıq

- Aylıq, rüblük və illik satış proqnozunun verilməsi
- Müştərilərə aid hesabatların hazırlanmasının təşkili
- Satış barədə hesabatların hazırlanmasının təşkili
- Müştərilər barədə məlumatların toplanılması və qeydiyyatının idarə edilməsi
- Yeni məhsullara dair təkliflərin verilməsi
- Məhsul növləri üzrə seçimlərin aparılması
- Məhsullara müştəri münasibətinin öyrənilməsi və hesabatçılığı
- Müxtəlif xidmət növlərinə dair təkliflərin verilməsi

Əlavə məlumat :

Şirkətin yerləşdiyi şəhər: Zaqatala şəhəri
İş qrafiki - Həftə ərzində 5 gün
İş saatı-09:00-18:00
Yüksək əmək haqqı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV lərini [email protected] elektron ünvanına (“ Satış üzrə Menecer” başlığı ilə) müraciət edə bilərlər