Satış təmsilçisi

  • General Supply
  • Elanın qoyulma tarixi: 18.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış təmsilçisi

Əsas vəzifə və öhdəliklər:

• Mağazada satış etmək.
• Müştəriləri qarşılamaq, onların istəkləri ilə maraqlanmaq, istəklərinə uyğun məhsul təqdim etmək.
• Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək.
• Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək.

İş qrafiki növbəlidir:

• I növbə: 09:00-dan 17:00-dək
• II növbə: 14:00-dan 22:00-dək
• Əməkdaş hər iki növbədə çalışacaq.
• Həftədə 1 gün istirahət.

Namizədə qarşı tələblər:

• Satış sahəsində minimum 1 il iş təcrübəsi
• 18 - 25 yaş arası xanım və bəylər
• Ali təhsil (humanitar/texniki)
• Yaxşı səviyyədə Rus dili,orta səviyyədə İndilis dili bilikləri
• Səliqəli və müasir xarici görünüş
• Səlis nitq bacarığı
• Fikirlərini aydın ifadəetmə bacarığı
• Ünsiyyətcil
• Gülərüz
• Komanda ilə işləmə bacarığı
• İnandırma qabiliyyəti
• Satış bacarığı
• Minimum 1 il işləməyə hazır olan və məsuliyyət götürən

Sadə riyazi hesablama qabiliyyəti östərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.