Əczaçı

İşin təsviri

Əczaçı

Öhdəliklər:

• Həkimlərin reseptlərini və tələbnamələrini qəbul etmək və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılışını təmin etmək;
• Dərmanları hazırlamaq və onların keyfiyyətini nəzarət metodları ilə yoxlamaq;
• Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak etmək;
• Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin etmək.

Tələblər:

• Ali və ya orta ixtisas təhsilli (Əczaçı)
• Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı, ingilis dili arzuolunandır
• Komandada işləmək qabiliyyəti
• Operativ, məsuliyyətli və dürüst olmalı
• Gördüyü işə cavabdeh olmalı
• Növbəli iş rejimində işləmək

CV-ləri Əczaçı mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.