Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri

  • Azericard
  • Elanın qoyulma tarixi: 09.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri.

İşin təsviri:

• Mühasibat uçotunun beynəlxalq standartlara (İFRS) və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
• Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
• Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük, aylıq hesabatların hazırlanması;
• Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
• Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
• Ödənişləri nəzarətdə saxlamaq;
• Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

Tələblər:

• Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və ya kredit);
• ACCA üzrə F3,F7 və ya Dipifr sertifikatlarının olması mütləqdir;
• Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı
• Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını İFRS bilməli (mütləq);
• 1C Proqramı üzrə mükəmməl biliklər;
• Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;

Namizədlərdən CV-lərini “Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi