İnsan resursları şöbəsinin mütəxəssisi

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 14.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Azərpoçt" MMC-nin İnsan resursları şöbəsinə ali təhsili və insan resursları sahəsində ən azı üç il iş təcrübəsi olan namizədlər tələb olunur.

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Gözlənilən əmək haqqı barədə məlumat verməyiniz mütləqdir.

İş barədə məlumat;

• səlis azərbaycan dili bacarığı (başqa bir xarici dil bilməsi arzuolunandır);
• əmək kitabçalarının, şəxsi işlərin aparılmasını və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
• işə qəbul prosesində ilkin sənədləşmələrin və təqdimatların hazırlanmasını təmin etmək;
• işçilərin şəxsi işlərinin aparılmasını və kadr-uçot işlərinin həyata keçirilməsini təmin etmək;
• işçilərin işə qəbulu və azad edilməsi, habelə vəzifə dəyişikliyi haqqında əmrləri hazırlamaq;
• məzuniyyət cədvəllərinin tərtib olunmasını və işçilərə məzuniyyət verilməsini, onların qeydiyyatının aparılmasını təmin etmək;
• işçilərin xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
• işçilərin təqaüdü və sığortalanması ilə əlaqədar müvafiq işləri yerinə yetirmək;
• fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
• qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
• şöbənin iş planı və fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
• şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq və icra etmək;
• qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.

Komandamızın üzvü olmaq istəyən şəxslər aşağıdakı e-maila bizə anket sorğu (CV) məlumatlarını göndərə bilər.
[email protected]

İşəgötürənin reytinqi