Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamenti, Metodologiya şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankdaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak;
• Proseslər üzrə blok-sxemlər hazırlamaq, prosedurlar yazmaq;
• Digər struktur bölmələr tərəfindən hazırlanan normativ sənəd layihələrinin təhlili;
• Biznes proseslərin müəyyən edilməsi, qruplaşdırılması, qeydiyyatının aparılması;
Tələblər
• Bank işinə maraq, yeniliklər öyrənməyə həvəs və ünsiyyətə meyillilik;
• Məlumatları ardıcıl olaraq strukturlaşdırmaq bacarığı, fikirlərini aydın ifadə etmək qabiliyyəti;
• Ali iqtisadi təhsil;
• Bir il bank təcrübəsi;
• Azərbaycan dilini səlis bilmə (Rus və İngilis dilləri əlavə üstünlükdür);
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər (üstünlükdür);
Əldə ediləcəklər
• Bank daxilində icra edilən bütün prosesdurlardan, funksiyalardan, biznes proseslərdən məlumatlı olmaq, onlara dərindən yiyələnmək imkanı;
• Biznes proseslərin təhlili istiqamətində müvafiq biliklərə yiyələnmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində “Risklərin İdarə Edilməsi Departamenti, Metodologiya şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.