Satış meneceri

  • Pronet MMC
  • Elanın qoyulma tarixi: 29.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: PRONET
Vəzifə: SATIŞ MENECERİ
İş yeri: Baş ofis
İş günü: Əmək qanunvericiliyinə uyğun və rəsmi sənədləşdirmə
Əmək haqqı: 1000 – 1500 MANAT və satışdan bonuslar (namizədin təcrübə və biliklərinə əsasən dəyişəcək)

Vəzifələr və bacarıqlar:

1. Satış proqramının hazırlanması;
2. Zamanın düzgün idarə edilməsi (time management);
3. Şirkətin, satdığı məhsulların və brendin təmsil edilməsi;
4. Müştərilərin istək və ehtiyaclarının təxmin və analiz edə bilməsi;
5. Potensial müştərilərin axtarışı;
6. Qərarverən şəxslərlə münasibətlərin qurulması və məhsulların təqdim olunması;
7. Satışın statistik analizinin aparılması;
8. Şirkətin və şöbənin reqlamentinə uyğun olaraq görülən işlərin gedişatı və nəticələri ilə bağlı həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim olunması;
9. Psixoloji olaraq və davranışları ilə özünü qəbul etdirə bilmək;
10. Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək;
11. Müştəri ilə görüş zamanı meydana çıxan problemləri həll edə bilmək;
12. Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll edə bilmək;
13. Satışla əlaqədar tələb və təklifləri hesabat kimi təqdim etmək;
14. Satış bacarığını və bilgilərini daim inkişaf etdirmək;
15. Müvafiq seqmentə tez adaptasiya olmaq.

Tələblər:

1. Təhsil (ali, orta-ixtisas);
2. Sahə üzrə iş təcrübəsi azı 3-5 il arası (software məhsullarla işləməsi daha üstünlükdür);
3. Rus və ingilis dillərində danışıq qabiliiyəti;
4. Komanda ruhlu, adaptiv, öyrənməyə və yeniliklərə çox meyilli;
5. Pozitiv, gülərüz, satış menecerinə xas olan əsas şəxsi keyifyyətləri özündə birləşdirən.

Maraqlanan və uyğun namizədlər CV məlumatlarını (Azərbaycan, ingilis və ya rus dilində) mövzu yerində “Satış meneceri” qeyd etməklə [email protected] email ünvanına göndərə bilərlər.