Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 22.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Arxiv və kargüzarlıq şöbəsinin mütəxəssisi (Reception) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın filiallarından və digər təşkilatlardan daxil olmuş sənədləri qəbul edir və qeydiyyatını aparır;
• Baş ofisə daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edərkən onların yerinə düzgün çatdırılıb-çatdırılmadığını, zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
• Baş ofisə gələn vətəndaşların və qonaqların qarşılanması və aidiyyətı üzrə yönləndİrilməsini təmin edir;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.

Tələblər

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili yüksək səviyyədə;
• MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
• Yüksək motivasiya;
• Gərgin ış mühitinə və stressa davamlılıq;
• Yüksək unsiyyətqurma qabiliyyəti.

CV-lərinizi, mövzu hissəsində “Reception” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi