Əməliyyatlar üzrə koordinator (bədii işlər üzrə)

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 12.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dövrümüzün trendlərindən birinə çevrilən ailəvi istirahət və uşaq əyləncə sektoru Azərbaycanda gündən-günə inkişaf edir. Hədəf kütləsi əsasən gələcək nəslimiz olan uşaqlar olduğundan, bu sektor daim innovativ yeniliklər tələb edir.

Ölkəmizdə uğurla fəaliyyət göstərən Caspian Entertainment Company şirkəti Pasha Holding tərəfindən 2018-ci ildə yaradılaraq tədris və əyləncə məkanlarının ölkəmizə gətirilməsi və idarə edilməsi ilə məşğuldur.

Şirkətin uğurlu layihələri kimi Bumblebee Play / Preschool və Montessori Məktəbi, Amburan Kids uşaq əyləncə mərkəzi, Karting və Bakı bulvarındakı Dəniz Mall-da yerləşən və Qafqazda ilk dəfə yaradılan uşaqlar üçün əyləncə və innovativ tədris parkını nümunə göstərmək olar.

Caspian Entertainment Company şirkəti mövcud və qarşıdan gələn layihələrin uğurla aparılması üçün işçi heyətinə qoşulmaq istəyən bütün ali təhsil müəssələrinin tələbə və məzunları, uşaqlarla işləməyi sevən, yaradıcı və bacarıqlı gəncləri iş müraciətinə dəvət edir.

Vəzifə: Əməliyyatlar üzrə koordinator (bədii işlər üzrə)

İş öhdəlikləri:

• Fəaliyyət sahələrində eduteynerlərin işini izləmək və fəaliyyət və rol oyunlarının əsas elementləri barədə rəy vermək
• Müəssisənin əməliyyat təlimatına uyğun olaraq müvafiq fəaliyyət ssenarisinin istifadəsi və həyata keçirilməsini yoxlamaq.
• Şirkət prinsiplərinə əməl olunmasına nəzarət etmək
• Formaların düzgün istifadəsinə və qulluq standartlarına nəzarət etmək
• Qurğuların tam təchizatı və iş üçün rol forması olduğundan əmin olmaq
• Əməliyyat şöbəsinin iş prosesinə uyğun olaraq istehlak mallarının tədarükü üçün sifarişlərin hazırlanması.
• Nəzarət xidmətləri və tematik iş sifarişlərini inkişaf etdirib və təmin etmək
• İşi təmin etmək üçün hər bir müəssisədəki işçilərin gündəlik işlərini əlaqələndirmək
• Eduteyner hadisə kitabçaları, inventarını və müəssisəni yoxlamaq
• Proqram modullarında baş vermiş hadisələr barədə elektron hesabatların hazırlanması.
• KINDI ilə əlaqəli gündəlik çatdırılma və əməliyyatların toplanması.
• Rəhbərin razılığı ilə eduteynerlərin iş qrafiki və təyinatını əlaqələndirmək
• Geyim, camaşırxana və xidmət fəaliyyətlərini əlaqələndirmək və nəzarət etmək
• Müştəri şikayətlərinin qəbul edilməsi, onların həlli və ya müəssisə rəhbərinə və ya müvafiq şöbəyə göndərilməsi.
• Texniki və digər iş sifarişlərini izləyib və bildirmək
• Giriş və çıxma zamanı bilərziklər üçün kadr dəstəyini əlaqələndirmək.
• Tədbirlər üçün materialların toplanması və paylanmasında dəstək olmaq
• Təmizləyici məhsulların düzgün istifadəsinə dəstək olmaq
• İT tətbiqetmələri və proqram təminatı ilə uyğunsuzluqlar və ya çatışmazlıqlar barədə dərhal məlumat vermək.
• Sənaye tərəfdaşlarının və əməliyyat standartlarının tələblərinə uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsinə dair təlimlərdə dəstək olmaq
• Sənaye tərəfdaşlarına və şirkətin imicinə uyğun imicinin qorunmasında dəstək olmaq
• KINDI fondu prosesində dəstək olmaq, xüsusilə də uyğunsuzluq olduqda
• Davamlı inkişaf üçün təlim qrupu ilə effektiv bir əlaqə yaratmaq.
• Agentlik işçilərinin dəstəyi və xüsusi tədbirlər və ya partiyalar üçün iş qrafiki əlaqələndirmək
• Sənaye tərəfdaşlarının tələblərinə uyğun olaraq fəaliyyətlərin düzgün həyata keçirilməsinə nəzarət etmək.
• Müəssisələrdə marketinq fəaliyyətinin həyata keçirilməsi və dəstəklənməsində köməklik göstərmək

Tələblər:

- İncəsənət, rəqs, musiqi, aktyorluq, teatrşünaslıq və s. kimi bədii sahələr üzrə təhsil
- Əyləncə sənayesində və bədii yaradıcılıq sahəsində minimum 3 il təcrübə
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Marketinq və reklam sahəsində biliklərin olması üstünlükdür
- İngilis və rus dili biliyinin yaxşı səviyyədə olması
- Kadr və komanda idarəçiliyində təcrübə

Email – [email protected]

İşəgötürənin reytinqi